De Byazi: “Həyatda heç nə bir gündə həll olunmur”

Millinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburq yığmasına qarşı oyundan öncə fikirini bölüşüb. Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis bu gün Bakıda baş tutan mətbuat konfransında bunu söyləyib:

“Əvvəlcə Zəfər gününüz mübarək. Bəzi futbolçular zədə səbəbindən olmayacaqlar, ancaq bu, bəhanə deyil. Lüksemburq millisi yaxşı komandadır, 12 ildir eyni baş məşqçinin rəhbərliyi altında çıxış edir. Gənc futbolçuları səviyyəli komandalarda oynayır. Bizdə isə cəmi 8 klub var, çoxu da legionçulara üstünlük verir. Təqribən 40 futbolçu arasından seçim edirik. Əsasən gənclərə şans verməliyik. Həyatda heç nə bir gündə həll olunmur.

Mərd Çəlikin problemi var. Onu bərpa etməyə çalışırıq ki, ehtiyat skayamız geniş olsun. Sabahkı oyunda heyətdə bəzi dəyişikliklər olacaq. Cəlal Hüseynov gənc oyunçudur. Çıxışını bəyənirəm. Qarşıdakı iki oyundan birində ona şans verməyi düşünürəm”.

Həmin kateqoriyadan