De Byazi: “Üzərimdə hər hansı təzyiq hiss etmirəm”

Millimizin baş məşqçisi Canni de Byazi Serbiya millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında oyun haqda fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, təcrübəli mütəxəssis bunları deyib: “Son oyunla müqayisədə heyətdə müəyyən dəyişikliklər olacaq. Cəmi 3 gün əvvəl oyun keçirmişik. Daha hazırlıqlı olanlar oynayacaq. Təbii ki, daha dəqiq bugünkü son məşqdən sonra bilinəcək. Üzərimdə hər hansı təzyiq hiss etmirəm. Adətən qrupda ilk yerdə gedən komandalar təzyiq hiss edir. Bizim qrupdakı mövcud vəziyyətimiz bir qədər rahat çıxış etməyimizə zəmin yaradır”.

Sabah oynanılacaq Serbiya – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Həmin kateqoriyadan