- Baxış sayı: 42
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 42
- Dekabr 05, 2025
- 0

Allsport.az xəbər verir ki, “Napoli” Luçano Spalettinin klubdan ayrılmaq niyyətində olduğunu təsdiqləyib.
“Spalletti azad insandır. O, maksimum nəticə göstərəndən sonra 1 il fasilə vermək istədiyini deyirsə, onu buraxmaq düzgündür.
Spalettinin qarşıda 1 illik müqaviləsi var. Lakin o, sazişi ləğv etmək istəyir. Necə imtina edə bilərdim? Spaletti bizə çox şey verdi. Mən ona minnətdaram. Dövr başa çatdı” – deyə klub prezidenti Aurelio de Laurentis bildirib.
Bu mövsüm “Napoli” 33 ildən sonra ilk dəfə İtaliya çempionu olub.