- Baxış sayı: 11
- 06 Fevral 2026 16:28
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

“Atletiko Madrid”in yarımmüdafiəçisi Rodriqo de Paul “Yuventus”a keçməyəcək.
Allsport.az xəbər verir ki, argentinalı oyunçu Turin klubunun uzun müddətdir transfer hədəfidir, lakin “matrasçılar” yarımmüdafiəçi ilə ayrılmaq istəmir. “Qoca sinyora” bu yaxınlarda de Paul üçün “Atletiko”ya rəsmi təklif göndərsə də, Madrid təmsilçisi dərhal rədd cavabı verdi.
29 yaşlı futbolçunun müqaviləsi 2026-cı ilə qədərdir. Cari mövsümdə keçirdiyi 19 matçda o, 2 məhsuldar ötürmə edib.