De Xea yeni idman növü ilə məşğul olacaq

Yaydan klubsuz qalan “Mançester Yunayted”in və İspaniya millisinin sabiq qapıçısı David de Xea karyerasını bitirməyi düşünür.

Allsport.az xəbər verir ki, üstəlik, qolkiperin özünü yeni idman növündə sınaya biləcəyi qeyd edilir. “Old Trafford”dan ayrıldıqdan sonra De Xea çox vaxtını padel oynamağa sərf edib.

Padel, topun sıçraya biləcəyi hasarla əhatə olunmuş kiçik meydançada oynanan tennisə bənzər Meksika oyunudur.

Maraqlıdır ki, digər məşhur futbolçu Atem Ben Arfa da padelin böyük pərəstişkarıdır və bu yaxınlarda hətta Fransada idman növü üzrə milli reytinq də alıb.

Həmin kateqoriyadan