- Baxış sayı: 38
- 30 Mart 2026 21:25
- Baxış sayı: 366
- Mart 30, 2026
- 0

“Səbail”in müdafiəçisi Camal Araqo Liberiya millisində debüt edib. Allsport.az xəbər verir ki, onun komandası DÇ-2022-nin Afrika zonası üzrə seçmə mərhələsi çərçivəsində doğma meydanda Nigeriya ilə qarşılaşıb.
Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Camal 90 dəqiqə mübarizə aparıb. Liberiya yığması yer aldığı qrupda 5 turdan sonra 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Bu yaydan karyerasını ölkəmizdə davam etdirən 28 yaşlı Araqo vətəndaşlığını daşıdığı Qananın U-17 və U-20 yığmalarında çıxış edib. Lakin baba-nənə xətti ilə liberiyalı olan oyunçu məhz bu ölkənin milli komandasında çıxış etməyə qərar verib.