Dele Alli 6 yaşında cinsi təcavüzə məruz qaldığını etiraf edib

Allsport.az xəbər verir ki, İngiltərə millisinin və “Everton”un yarımmüdafiəçisi Dele Alli, çətin uşaqlıq illərindən danışıb:

“Altı yaşımda anamın dostu tərəfindən təcavüzün qurbanı oldum. Sonra məni intizam öyrənmək üçün Afrikaya göndərdilər, sonra da geri qaytardılar. Yeddi yaşımda siqaret çəkməyə, səkkizdə isə narkotik satmağa başladım. 

Velosiped sürürdüm əlində isə həmişə futbol topu olurdu. Topun içinde də narkotik.
11 yaşımda qonşu blokdan bir oğlan məni körpünün üstündən asdı. 12 yaşımda məni övladlığa götürdülər, amma bu gözəl ailə idi”.

Həmin kateqoriyadan