Dele Alli sabiq klubunda

İngiltərə millisinin sabiq üzvü Dele Alli keçmiş klubu “Tottenhem”in məşq bazasında hazırlıqlara başlayıb.

Allsport.az xəbər verir ki, hazırda azad agent statusu daşıyan 29 yaşlı futbolçuya London təmsilçisi tərəfindən fiziki formasını qoruması üçün xüsusi icazə verilib.

Klub rəhbərliyi sabiq oyunçusuna bazanın imkanlarından yararlanmaq üçün şərait yaradıb.

Yarımmüdafiəçinin son dayanacağı İtaliyanın “Komo” klubu olub. O, 2025-ci ilin yanvarında keçid etdiyi bu komandanın heyətində cəmi bir rəsmi oyuna çıxdıqdan sonra ötən ilin sentyabrında klubdan ayrılıb.

Alli karyerasının ən parlaq dövrünü məhz “Tottenhem”də keçirib və bu müddət ərzində İngiltərə yığmasının əsas heyət üzvlərindən biri olub.

Həmin kateqoriyadan