Denis Silvadan 250

“Keşlə”nin futbolçusu Denis Silva Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, braziliyalı müdafiəçinin yubileyi 5-ci turunun “Sumqayıt”la matçına (1:2) təsadüf edib.

O, yarışın tarixinə 250 və daha çox oyun keçirən 57-ci futbolçu və ilk cənubi amerikalı kimi düşüb. 2007/08 mövsümündə “Xəzər Lənkəran”da debüt edən Denis sonradan “Neftçi” və “Keşlə”də (əvvəl “İnter”) də forma geyinib.

O, ümumilikdə 250 matçda 12 qol vurub. Müdafiəçi cənubluların heyətində 42 (3 qol), ağ-qara formada 116 (6 qol), indiki klubunda 92 (3 qol) oyunda meydana çıxıb.

Həmin kateqoriyadan