“Derbi olanda həmişə kimsə zədələnir”

Allsport.az xəbər verir ki, “Roma”nın baş məşqçisi Joze Mourinyo, İtaliya kubokunun 1/8 finalında “Latsio”ya məğlubiyyəti (0:1) təhlil edib:

“Derbi olanda həmişə kimsə zədələnir. Bizim böyük çətinliklərimiz var və bununla da mübarizə aparırıq. Bu gün verilən penaltiyə görə uduzduq – bunu hakim yox, VAR verdi.

Orsato futbolçuların oynamasına icazə verdi, amma sonra kompüterin qarşısında oturan kimsə onunla əlaqə saxlamaq qərarına gəlir, oyunçu minimal təmasda şou göstərir və bu qədər. 20 il əvvəl oyunçular indiki kimi heç vaxt özlərini yerə atmazdılar”.

Həmin kateqoriyadan