Devid Kultxard “Mersedes”in rəhbərini qınadı

Allsport.az saytı xəbər verir ki, Bəhreyn qran prisindən sonra, “Mersedes” komandasının rəhbəri Toto Volf builki bolidi uğursuz adlandırıb. Onun fikrincə, keçən il mühəndislərin seçdiyi model özünü doğrultmayıb. Avstriyalı ekspert vəziyyəti dəyişmək üçün, yarış avtomobilini yenidən hazırlanması haqqında düşünür.

Sabiq Formula-1 pilotu Devid Kultxard onların qərarını düşünülməmiş addım kimi dəyərləndirib: ”Çox qətiyyətli qiymətləndirmədir. Yeni maşın sadəcə 6 gün trasda olub. Onun 3 günü testlərdə və digər 3 günü isə yarış həftəsində idarə olunub. Bu qərarı başa düşmürəm.

İndi “Mersedes” konstruksiyanı dəyişmək istəyir. Belə addım mühəndislər üçün böyük zərbə olacaq. Deyəsən, çempionatda ən yaxşı bolid var. Maks Ferstappen çətinlik çəkmədən, yarışı qalib olaraq başa vurdu. Digərləri isə, ən yaxşı ad üçün ötüşə bilərlər”.

Həmin kateqoriyadan