- Baxış sayı: 12
- 06 Fevral 2026 10:17
- Baxış sayı: 213
- Fevral 04, 2026
- 0

Portuqaliyanın “Benfika” klubu argentinalı yarımmüdafiəçi Anxel Di Marianın komandaya qayıtdığını açıqlayıb.
Allsport.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin “qartallar”la müqaviləsinin detalları məlum deyil.
Di Maria 2007-2010-cu illərdə “Benfika”da çıxış edib. Argentinalı futbolçu “Rosario”, “Real Madrid”, “Mançester Yunayted” və PSJ-nin də şərəfini qoruyub. Anxelin son klubu İtaliyanın “Yuventus”u olub.
Futbolçu Argentina millisində 132 oyun keçirib və 29 qol vurub.