- Baxış sayı: 32
- 10 Mart 2026 13:24
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

Anxel Di Maria dünya çempionatının finalında penaltilər seriyasında özünü necə hiss etdiyini danışıb.
Allsport.az xəbər verir ki, Argentina millisi həlledici görüşdə Fransaya qalib gələrək (3:3, pen. 4:2) kubokun sahibi olub.
“Gərginlik çox böyük idi. Çünki qələbə öz əlimizdə idi.
Komanda yoldaşlarıma və Emiliano Martinezə güvənirdim, lakin penalti ilə əsəblər və narahatlıqlar başladı. Yekunda qələbə bizim oldu və bu uğurla biz özümüzü əbədiləşdirdik” – argentinalı yarımmüdafiəçi deyib.