- Baxış sayı: 93
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Allsport.az xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Erlinq Holandın agenti Rafaela Pimenta futbolçusunun müqaviləsi haqda danışıb:
“Holandın müqaviləsindəki bənd? Müqavilənin təfərrüatları yalnız “Mançester Siti”yə, Erlinqə, onun atası və mənə məlumdur. Digər klubların bundan xəbəri yoxdur. Heç kimin”
Erlinq Holand 2022-ci ilin yayından “şəhərlilər”in heyətində çıxış edir. Cari mövsüm 18 matçda norveçli forvard Mançester klubunun heyətində 17 qol vurub və 4 məhsuldar ötürmə edib.