“Dinamikanı saxlamaq güc tələb edir”

Premyer liqanın XVII turunda 1:0 başa çatan “Qarabağ” – “Qəbələ” oyunundan sonra, qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, sizi 42 yaşlı mütəxəssisin fikiri ilə tanış edir:

“Beş gündən bir oynasaq da, matçın dinamik keçməsi xoşuma gəldi. Komanda görüşün sonunadək tempi saxlaya bildi. Layiqli mübarizə apardıq. Heç-heçə də edə bilərdik. Əldə etdiyimiz epizodları dəyərləndirə bilsəydik, nəticə fərqli ola bilərdi. Komandanın oyunundan razıyam, istədiyimi meydanda göstərir.

Dinamikanı saxlamaq güc tələb edir. Futbolçularıma təşəkkür edirəm. Komanda meydanda müsbət impuls verir. İnanıram ki, getdikcə daha yaxşı oyun göstərəcək və nəticə qazanacaq. Hakimləri müzakirə etmək istəmirəm.

Onların da öz rəhbərləri var və lazımi tapşırıqlar veriləcək. Mövsüm uzundur. İndi avrokubokları deyil, qarşıdakı matçı düşünürük. Qitə kuboklarına yer üçün mübarizə aparacağıq”.

Həmin kateqoriyadan