“Dinamo”nun baş məşqçisi: Əmrəlinin nəticəyə ciddi töhfə verdi

Xorvatiya milli liqasının 2-ci turunda Zaqreb “Dinamo”su səfərdə “İstra-1961” klubunu 3:0 üstələyib. Allsport.az saytı xəbər verir, görüşdə millimizin hücumçusu Mahir Əmrəli 1 qol vurub və məhsuldar ötürmə ilə yadda qalıb. “Göylər”in baş məşqçisi İqor Bişçan açıqlamasında futbolçumuzu öyməyi unutmayıb:

“Mənə də necə çıxış edəcəyimiz maraqlı idi. Hər şey yaxşı oldu. Bütünlüklə gözəl oyun göstərdik. Yenidən komandaya qayıdan Takuro Kaneko, Maksim Bernauer, həmçinin Boqdan Mixayliçenkodan razı qaldım.

Uzun fasilədən sonra əsas heyətdə yer alan və xeyli meydanda olan Mahir Əmrəlinin nəticəyə ciddi töhfə verdi. Biz həqiqətən bu görüşdə xeyli pozitiv məqam və keyfiyyət gördük”.

Həmin kateqoriyadan