“Dinamo”nun baş məşqçisi: Mahir Əmrəlini doğru ritmə yönəltməyi bacardıq

Zaqreb “Dinamo”nun baş məşqçisi Jelko Kopiç, Mahir Əmrəli haqda növbəti dəfə fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, xorvatiyalı mütəxəssis millimizin hücumçusun şəninə tərif deyib:

“Mahir Əmrəli derbidə (“Hayduk”la 27-ci turun oyunu nəzərdə tutulur) zədə alsa da, bu haqda KİV-ə məlumat verməmişdi. Mənim üçün çox xoşdur ki, futbolçu problem yaşasa da, klubu və komandası üçün maksimum güc sərf etmək istəyir.

Biz şahid idik ki, o, əsl formasından uzaqdır. Amma o, artıq özünə gəlir və oyundan-oyuna daha yaxşı çıxış edir. Biz bir çox oyunçunu, o cümlədən Əmrəlini doğru ritmə yönəltməyi bacardıq. Mənim üçün çox vacibdir ki, bütün futbolçular klubun uğurları, çempionluq titullları ilə yaşasın və bunun üçün hər şeyi etsin “

Həmin kateqoriyadan