- Baxış sayı: 27
- 06 Fevral 2026 10:17
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

“Zaqreb Dinamo”nun baş məşqçisi Jelko Kopiç millimizin futbolçusu Mahir Əmrəlidən söz açıb. Allsport.az saytı xəbər verir ki, 45 yaşlı mütəxəssis evdə “Sevilya”ya qarşı Avropa liqasının 1/16 finalının cavab oyunundan əvvəl mətbuat konfransında azərbaycanlı hücumçunun uzun müddət məşq etmədiyini və komandaya gec qoşulduğunu xatırladıb:
“Sevilya” ilə oyunda Mahir Əmrəlinin mübariz formada olmadığı göründü. Onun gəlişi də gecikdi. Hücumçunu yavaş-yavaş mümkün olan ən yaxşı vəziyyətə gətirəcəyik. İnanırıq ki, tezliklə bizə meydanda nə isə qazandırmağı bacaracaq”.
Fevralın 24-də “Dinamo” – “Sevilya” matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. İlk görüşdə Xorvatiya təmsilçisi 1:3 yenilib.