- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 118
- Noyabr 25, 2024
- 0
Topaz Premyer Liqasının 17-ci turunda “Xəzər Lənkəran”ın qonağı olacaq “Kəpəz”i cənub səfərində çətin oyun gözləyir. Allsport.az xəbər verir ki, komandalar cari futbol ilində artıq iki dəfə qarşılaşıblar.
Premyer Liqanın ilk dövrəsində Gəncədə keçirilən oyunda “sarı-göylər” 1:0 hesabı ilə qələbə qazanmışdı. Azərbaycan kubokunun 1/8 final mərhələsində isə rəqib eyni hesablı qələbə ilə tur adladı. Bu səbəbdən tərəflərin sayca 3-cü dueli maraqla gözlənilir. Qarşıdakı oyun öncəsi “Kəpəz”in baş məşqçisi Şahin Diniyev görüşlə bağlı fikirlərini klub saytına bölüşüb:
“Kubok oyunundan fərqlənəcək bir matç olacaq. Futbol ciddiliyi sevir, bu mənada kubok matçını ciddiyə almadıq. Həm də ki, zədəli və yorğun futbolçularımız vardı. Əsas heyətin üç üzvünə istirahət vermişdik, düzdür, fasilədən sonra heyəti gücləndirsək də, uduzduq. Bununla belə, uduzmamalıydıq. Kubokdan əlimizi üzdükdən sonra bütün gücümüzü çempionata yönəltmişik. Avropa Liqasına düşmək üçün çox çalışmalıyıq. Vəziyyət o qədər də asan deyil. Bütün oyunlar bizim üçün çətin keçir. Çalışacağıq ki, son iki turda uğurlu nəticə qazanaq. İlk növbədə Lənkəranda istəyimizə nail olmalıyıq”.