- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın hücumçusu Dino Ndlovu Avropa Liqasının qrup mərhələsində Yunanıstanın PAOK klubuna qarşı oyun öncəsi metrosport.gr-yə fikirini bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, son durumu belə dəyərləndirib:
“Son oyunda “Fiorentina”ya böyük hesabla uduzmuşuq. Belə məğlubiyyətin təsiri uzun müddət qalır. Amma nəzərə almaq lazımdır ki, rəqib bu qədər qolu komandamızın azlıqda qalmasından sonra vurdu. Qırmızı vərəqə oyunu tam dəyişdi.
Buna baxmayaraq, optimist olmalıyıq və irəli baxmalıyıq. Səhvlərimizdən nəticə çıxarmağımız vacibdir. Bütün diqqətimizi PAOK-la oyuna yönəltmişik. Nə istədiyimizi yaxşı bilirik. Ümid edirəm ki, bu oyunda 3 xala sevinən tərəf biz olacağıq”.