- Baxış sayı: 48
- 15 Noyabr 2024 21:26
- Baxış sayı: 96
- Noyabr 21, 2024
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 19-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Neftçala” – “Ağsu” matçında “Ağsu”nun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Şahdağ” – “Kəpəz” matçında “Şahdağ”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Rəvan” – “Bakılı” matçının 78-ci dəqiqəsində “Bakılı”nın futbolçusu Nahid Mehrəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub.
“Turan Tovuz” – “Şəmkir” matçında “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 68-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Orxan Müzəffərli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Şəmkir”in həkimi Abdulla Sadıqov geniş kütlə qarşısında hakimlər briqadasını təhqir etdiyinə görə 10 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub.