- Baxış sayı: 100
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Qaradağ Lökbatan” – “Ağsu” matçının 90-cı dəqiqəsində “Qaradağ Lökbatan”ın məşqçisi Arif Rizvanov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Göyəzən” – “Energetik” matçının 61-ci dəqiqəsində “Energetik”in futbolçusu Ruslan Həmidov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Neftçala” – “Mil-Muğan” matçında “Neftçala” və “Mil-Muğan” ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 100 manat cərimə olunub.