- Baxış sayı: 32
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

İtaliya millisinin DÇ-2022-yə qatılma imkanı yaranıb. Allsport.az saytı xəbər verir ki, FİFA, İranı iştirakçılar siyahısından çıxarmaq niyyətindədir. Bu ölkədə qadınların stadionlara getməsinə icazə verilmədiyi üçün, ali futbol qurumu cəza tətbiq edə bilər.
Belə olan halda, asiyalıları İtaliya komandası əvəzləyəcək. Çünki “Skuadra Azurra” dünya çempionatına qatıla bilməyən komandalar arasında ən yüksək reytinqə malikdir.
Pley-offun yarımfinalında Şimali Makedoniyaya 0:1 hesabı ilə yenilən appeninlilər, ardıcıl ikinci dəfə Dünya Kubokundan kənarda qalıb.