- Baxış sayı: 18
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Səudiyyə Ərəbistanı 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün FİFA-ya rəsmi ərizə təqdim edib. Allsport.az saytı xəbər verir ki, bu, Parisdə ali qurumun tədbirində baş verib. Nümayəndə heyətinə Səudiyyə Ərəbistanının şahzadəsi və idman naziri Əbdül Əziz bin Turki əl Səud başçılıq edib.
“Səudiyyə Ərəbistanının 2034-cü il dünya çempionatına ev sahibliyi etmək istəyi gələcək üçün bir təklifdir. Bu, uşaqlarımız və böyük xəyallar quranlar üçündür.
Krallıq idman da daxil olmaqla, müxtəlif sahələrdə dünya səhnəsindəki nüfuzlu mövqeyini təsdiq edəcək futbol dünyasında ən mühüm tədbirə ev sahibliyi etməyi qarşısına məqsəd qoyub”, – nazirin sözündən sitat gətirir.
Bundan əvvəl, Səudiyyə Ərəbistanının 2034-cü il dünya çempionatına ev sahibliyi etmək üçün müraciət edən yeganə ölkə olduğu bildirilirdi.