- Baxış sayı: 63
- 27 Mart 2026 18:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0
Azərbaycan millisinin üzvü Dmitri Nəzərov özünə yeni klub tapıb. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçi Almaniyanın “Ersgebirge” (Aue) komandasına keçib.
Təcrübəli orta sahə oyunçusu yeni klubu ilə 2 illik müqavilə imzalayıb. O, komandada 30 nömrəli forma ilə çıxış edəcək.
“Ersgebirge” də Almaniya 2-ci Bundesliqasında çıxış edir. Dmitrinin son komandası da bu liqada çıxış edən “Karlsrue” olub.