Dmitri Nəzərov irlandlara qarşı oynaya biləcək

Millinin Avstriya toplanışında zədələnən Dmitri Nəzərovun durumuna tam aydınlıq gəlib. Allsport.az saytı xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin zədəsi ciddi deyil.

Bu, Maqnit Rezonans Tomoqrafiyasının (MRT) nəticəsindən sonra müəyyənləşib. Həkimlər Almaniyanın “Aue” klubunda çıxış edən Nazarovun hazırlığı davam etdirməsi üçün heç bir problemin olmadığını bildiriblər. Nəticədə, təcrübəli futbolçu yenidən kollektivlə birgə məşqlərə qatılıb.

AFFA-dan apasport.az-a verilən məlumata görə, o, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə matçda iştirak edə biləcək. Bu komandaların görüşü iyunun 10-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Həmin kateqoriyadan