Dmitri Nəzərov: Nağıllar danışmağıma gərək yoxdur

“Azərbaycan millisində gözləntim daha çoxdur. Çünki klubumda 5 dəqiqədən daha az oynayıram. Xorvatiya turnirə tam heyətlə gəlir. “Real”dan Luka Modriç, “Barselona”dan İvan Rakitiç kimi futbolçularla qarşılaşmaq istənilən futbolçunun karyerasında əsas məqamlardan biridir. Onları çox vaxt televiziyada görmək olur”.

Allsport.az saytı xəbər verir ki, bunu millimizin və 2-ci Bundesliqa klubu “Erzgebirge”nin üzvü Dmitri Nəzərov deyib. Almaniya mətbuatına açıqlama verən 28 yaşlı futbolçu “bənövşəyilər”də durunu barədə də danışıb: “Futbolda günəş hər zaman çıxmır, bəzən yağış da yağır. Bir müddətdir yağış yağır, hazırda qar və dolu daha çoxdur.

“Duysburq”la oyunda qol vurmaq imkanım var idi. Ancaq rəqib qapıçı zərbəyə çox yaxşı reaksiya göstərdi. “Paderborn”la son görüşdə də az meydanda oldum. 4 dəqiqə ərzində məndən heç kim nə isə gözləyə bilməz. Amma istəyimə çatmaq üçün əlimdən gələni edəcəyəm. Nağıllar danışmağıma gərək yoxdur. Az oynamağımdan narazıyam”.

Həmin kateqoriyadan