Dmitri Nəzərovun komandası ölkə kubokundan kənarlaşdırılıb

Almaniya kubokunda 1-ci mərhələnin oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nəzərovun komandası “Ersgebirge” ilk kubok matçında “İnqolştadt” ilə qarşılaşıb.

90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Əlavə yarım saatda da tərəflər fərqlənə bilməyib. Nəticədə qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac yaranıb. Daha dəqiq oynayan “İnqolştadt” 8:7 hesabıyla üstün olub və növbəti mərhələyə adlayıb. Nəticədə, “Ersgebirge” kubokda mübarizəni startdaca dayandırmalı olub.

Nəzərov start heyətdə çıxdığı qarşılaşmanın sonunadək meydanda olub. O, penalti seriyasında da iştirak edib və rəqib qapıçını məyus etməyi bacarıb. Lakin komanda yoldaşlarının birinin zərbəsi dəqiq alınmadığına görə, futbolçumuz və komandası kubokla erkən vidalaşmaq məcburiyyətində qalıb.

Həmin kateqoriyadan