- Baxış sayı: 39
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Almaniya 2-ci Bundesliqasında 3-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Dmitri Nəzərovun formasını geyindiyi “Ersgebirge” səfərdə Braunşveyq “Ayntraxt”ı ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu matçda heç-heçə edib (1:1). Millimizin yarımmüdafiəçisi startda meydana çıxıb və hesabı da məhz o açıb. Təəsüf ki, 24-cü dəqiqədə möhtəşəm qol vuran futbolçumuzun sevinci cəmi 2 dəqiqə çəkib.
Aue təmsilçisi 3 turda cəmi 1 xal toplayıb və 18 klub arasında 14-cüdür.