- Baxış sayı: 157
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 157
- Dekabr 05, 2025
- 0
Almaniya ikinci Bundesliqasında 9-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – “Karlsrue” də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Haydenhaym”la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov sonadək mübarizə aparıb. O, qarşılaşmanın 45-ci dəqiqəsində sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, “Karlsrue” hazırda 8 xalla 14-cü pillədə qərarlaşıb.