- Baxış sayı: 75
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Almaniya ikinci Bundesliqasında 5-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – “Karlsrue” də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə Braunşveyq “Fortuna”sı ilə qarşılaşıb. Matç meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb. Nazarov bu qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib və meydana buraxılmayıb.
Qeyd edək ki, “Karlsrue” hazırda 6 xalla 12-ci pillədə qərarlaşıb.