Smolovun və Buvacın jurnalistlərə ünvanladığı ağır sözünə görə üzr istədi

Allsport.az xəbər verir ki, Moskva “Dinamo”sunun media meneceri Dmitri Simonov Rusiyanın Fonbet kubokunun yarımfinal mərhələsində “Acron”a məğlubiyyətdən sonra (1:4) hücumçu Fyodr Smolov və idman direktoru Zeljko Buvacın sözlərinə görə klub adından üzr istəyib.

Menecer belə deyib: “Klubun futbolçuları və heyəti tərəfindən deyilən sözlərə görə üzr istəyirəm. Düşünürəm ki, futbolun böyük emosiya yaratdığını başa düşürsüz. Mükafat uğrunda mübarizə apardıq, növbəti mərhələ…

Hissləri cilovlamaq həmişə mümkün olmur. Biz bundan inciyən jurnalistlərdən üzr istəməyə hazırıq – sizi incitmək istəmədik. Ümid edirəm ki, bu üzrxahlığı qəbul edirsiniz”.

Həmin kateqoriyadan