“Dnepr”in azərbaycanlı müdafiəçisi “Sumqayıt”da
3 iyul 2018 / 16:02 Baxış sayı: 933 Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə anlaşıb.
Allsport.az saytı xəbər verir ki, U-21 millimizin üzvü Dmitri Nağıyevlə 1-illik müqavilə imzalanıb. O, “kimyaçılar”da 33 nömrəli futbol geyimində çıxış edəcək.
2012-ci ildən “Dnepr”də (13 oyun, 1 qol) çıxış edən müdafiəçi ötən mövsümü Vyana “Qarabağ”ında (15 oyun, 1 qol) keçirib. O, həmçinin U-21 millimizin də (2015-2016, 2 oyun) şərəfini qoruyub.