Dohada dünya çimərlik oyunlarına hazırlıq toplantısı

Qətərin paytaxtı Dohada milli olimpiya komitələri assosiasiyasının dünya çimərlik oyunlarında iştirak edəcək ölkələrin nümayəndə heyətlərinin rəhbərləri üçün seminar keçirilir. Allsport.az saytı xəbər verir ki, toplantıda ölkəmizi nümayəndə heyətinin rəhbəri Həsənağa Rzayev təmsil edir.

Yığıncaq çərçivəsində iştirakçı MOK-ların nümayəndələrinə yarış obyektlərinin hazırlığı, yaşayış, nəqliyyat, akkreditasiya, qidalanma, turnir cədvəli və digər mövzularla bağlı məlumat veriləcək. Qonaqlar yarış obyektləri ilə tanış olacaqlar.

Dünya çimərlik oyunlarına Azərbaycanın 7 idmançısı – Kseniya Levkovska, Rostislav Pevtsov (akvatrilon), Pənah İlyaslı, İbrahim Yusubov, Kənan Əliyev, Oyan Nəzərli (güləş) və Roman Heydərov (karate – kata) vəsiqə qazanıblar.

Həmin kateqoriyadan