Donald Gerye “Arsenal”la ev oyununu buraxacaq
27 sentyabr 2018 / 22:53 Baxış sayı: 776 Dünən “Zirə” ilə oyunda zədələnən Donald Geryenin durumuna aydınlıq gəlib. Allsport.az saytı xəbər verir ki, müayinədən keçən “Qarabağ”ın yarımmüdafiəçisinin bazu sümüyünün çıxdığı məlum olub.
Bu səbəbdən, haitili futbolçu 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. O, oktyabrın 4-də Avropa liqasında “Arsenal”la ev oyununda da çıxış edə bilməyəcək.