Donald Gerye: “Qarabağ” Azərbaycan futbolunun tarixinə düşmək istəyirdi”

“Komanda ekstraklasada oynamaq istəyir. Mən ən çox bu layihəni bəyəndim”.

Allsport.az xəbər verir ki, bu fikirləri “Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu Donald Gerye Polşanın “Veçista” klubuna keçidi ilə bağlı danışarkən deyib.

32 yaşlı oyunçu Ağdam təmsilçisinə transfer olduğu dönəmi də xatırlayıb: “Alanyaspor”da çıxış edərkən “Qarabağ” mənimlə maraqlanırdı, amma Türkiyədən ayrılmaq istəmirdim. Bununla belə, klub məni çempionlar liqasının qrup mərhələsinə yüksəlmək və Azərbaycan futbolunun tarixinə düşmək istədiklərinə inandırdı. Çünki mən də tarix yazmağı xoşlayıram. “Veçista” ekstraklasaya gəlsəydi, həqiqətən tarixi hadisə olardı”.

Gerye eyni zamanda yeni komandasında yüksək məbləğdə maaş qazanmayacağını da etiraf edib: “Burada Türkiyə və Azərbaycandakı kimi ayda on minlərlə avro maaş almasam da, müqaviləm sanballıdır”.

Donald Gerye 2017 – 2019-cu illərdə də “Qarabağ”ın şərəfini qoruduqdan sonra “Neftçi”yə keçib. O, 2020/2021 mövsümünün əvvəlində Ağdam klubuna qayıdıb. Futbolçunun son klubu Kipr “Apollon”u olub.

Həmin kateqoriyadan