- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Topaz Premyer Liqasının 11-ci turunun “Kəpəz”lə oyunu “Qəbələ”nin bu yay heyətinə qatdığı Vaqif Cavadov üçün əlamətdar olub. Allsport.az xəbər verir ki, bundan əvvəlki turda meydana sonradan çıxan yarımmüdafiəçi ilk dəfə “qırmızı-qaralar”ın start heyətində yer alıb.
26 yaşlı futbolçu qarşılaşma haqda fikirlərini klub saytına açıqlayıb: “Baş məşqçi mənə etimad göstərib, ilk dəqiqələrdən meydanda olmaq üçün şans verdi. Təəssüf ki, bu qarşılaşmadan məğlub ayrıldıq. 90 dəqiqə daha üstün oyun nümayiş etdirdik. Rəqib qapısına hücumlar təşkil edib, qol imkanları yaratsaq da, sonda qol buraxaraq uduzduq. Artıq neçə görüşdür üstünlük bizdə olsa da, qalib gələ bilmirik. Lakin hələ qarşıda oyunlarımız var. Hər şey qaydasına düşəcək. Hücumlarımız zamanı bizim də müəyyən səhvlərimiz olur. Onları da aradan qaldıracağıq. Öz oyunuma gəlincə isə bunu dəyərləndirmək istəməzdim. Həmişə klubum üçün, millidə isə yığmamız üçün oynamışam. Buna qiyməti isə mütəxəssislər versinlər”.
“Qəbələ” UEFA Avropa Liqasının dördüncü turunun noyabrın 5-də keçiriləcək oyununda Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. “Qırmızı-qaralar”ın heyətində avrokuboklarda hələlik meydana çıxmayan Cavadov Almaniya təmsilçisi ilə görüşlə bağlı fikirlərini açıqlayıb: “Borussiya” ilə oyuna səylə hazırlaşırıq. Bütün komanda bu matça köklənib. Çox çətin oyun olacaq. Lakin biz Dortmunda məğlub olmağa getmirik. Bakıdakı ilk oyunda da bu rəqibə qarşı oynaya biləcəyimizi göstərdik. Həmin qarşılaşmada uduzsaq da, qol imkanlarımız da oldu. Lakin onlardan istifadə edə bilmədik. Meydana çıxıb-çıxmayacağım baş məşqçinin seçimindən asılıdır. Bu görüşdə mənim üçün qol vurmaqdan daha çox nəticə önəmlidir. Əlbəttə, hər futbolçu qol vurmaq istəyir. Lakin komandanın uğuru daha vacibdir”.