“Dostluq”da “Turan Tovuz” sevindi

Allsport.az saytı xəbər verir ki, “Göztəpə Bakı” futbol məktəbinin təşkilatçılığı ilə beynəlxalq “Dostluq” turnirinə yekun vurulub.

U-10 və U-12-lər arasında “Turan Tovuz” akademiyasının müvafiq yaş qrupu üzrə komandaları ilə yanaşı, “Zəngəzur”, “Qalatasaray Bakı”, “Trabzonspor Bakı”, “Göztəpə Bakı”, “Adana Dəmirspor Bakı”, “Futbol Master” (Qazaxıstan) və “Manqıştau” (Qazaxıstan) istirak ediblər.

Seymur Tağıyevin rəhbərlik etdiyi U-12 və Elxan Abdıyevin rəhbərlik etdiyi U-10 klubları keçirdikləri bütün oyunlarda qalib gəlməklə, hər 2 yaş qrupunda çempion adını qazanıblar.

Həmin kateqoriyadan