- Baxış sayı: 42
- 26 Dekabr 2024 15:51
- Baxış sayı: 37
- Dekabr 29, 2024
- 0
Paytaxtda “Dota 2” oyunu üzrə “Red Bull son çempion” yarışmasının finalı keçirilib. Allsport.az saytı xəbər verir ki, sayca 2-ci dəfə təşkil olunan rəqabətdə 32 komanda iştirak edib. Həlledici görüşdə “Cozy Boys” və “Şap-şup” mübarizə aparıb. Burada qalib 5 oyun nəticəsində müyyənləşir. Adı 2-ci cəkilən kollektiv 3:1 qalib gəlib.
“Dota 2” – “Valve Corporation” tərəfindən hazırlanan çoxistifadəçili kompüter oyunudur. Bu gün bu oyun fəal kiberidman növüdür və bütün dünyadan müxtəlif beynəlxalq yarışlarda və liqalarda mübarizə aparan çox sayda peşəkar komandaları cəlb edir. “Dota 2” kiber idman tarixində ən yüksək mükafat fondlu oyun növüdür. Bu mükafatlar 20 milyon dollara çatır.
Oyunda öz bazasına malik, hər biri beş oyunçudan ibarət olan 2 komanda iştirak edir. Bütün iştirakşılar müxtəlif rollara, qabiliyyətlərə və rəqabət üslubuna malik olan qəhrəmanı seçirlər. Nəticədə bir saatdan çox davam edə bilən oyunda, rəqibin əsas qalasını dağıdan komanda qalib gəlir.