Drift kubokunda kim qalib oldu?

Gənclər və idman nazirliyi, Azərbaycan avtomobil federasiyası və su idmanı sarayının təşkilatçılığı ilə Bakı Drift kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbir çərçivəsində avtoidman həvəskarları üçün “Volkicar”, drift və idman avtomobillərinin yürüşü, “Volkicar” və sportkarla “burnout” və drift şouları təqdim olunub. Əsas məqsəd, avtomobil idmanının inkişaf etdirilməsi, bu sahəyə olan marağın artırılması və ölkəmizi beynəlxalq yarışlarda təmsil edə biləcək yerli idmançıların və mütəxəssislərin müəyyən edilməsidir.

Avtoidman yarışları, eyni zamanda, ictimai yollarda sürətlə avtomobil idarə edərək qayda pozan sürücülərin sürətə olan maraqlarını rəsmi idman meydançalarında göstərmələrinə imkan yaradır. Bu isə, öz növbəsində yol təhlükəsizliyinin artırılmasına da töhfə vermiş olur.

Drift kubokunda Regional inkişaf ictimai birliyi və Bakı şəhər halqasının təşkilati dəstəyini göstəriblər. Yarış iştirakçılarını “Drift All Stars European Series” promouteri Nayl Qann, eləcə də Bəhreyn avtomobil federasiyasından dəvət olunmuş hakimlərdən ibarət münsiflər heyəti qiymətləndiririb. Bu ilki kubokun sahibi Fəxri Gülməmmədov olub.

Həmin kateqoriyadan