- Baxış sayı: 41
- 20 Mart 2026 22:44
- Baxış sayı: 134
- Mart 19, 2026
- 0

Beynəlxalq avtomobil federasiyası Bakı trasında yerləşən DRS zonalarını elan edib. Allsport.az saytı xəbər verir ki, FİA burada DRS zonalarının sayını artırmayıb və bu, dəqiqliklə ötənilkini təkrarlayır.
1-ci DRS zonasından əvvəl maşınlar arasındakı məsafənin ölçü nöqtəsi təhlükəsizlik maşınının ikinci xətti ilə üst-üstə düşür. Sistem 2-ci döngədən 52 metr sonra istifadə edilə bilər.
2-ci DRS zonasının ölçü nöqtəsi 20-ci döngənin sərt hissəsində yerləşir. Sistemi döngədən 347 metr sonra aktivləşdirmək mümkündür. Ötən illə müqayisədə trasda əhəmiyyətli dəyişikliklər olmayıb.