- Baxış sayı: 26
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

Moldova çempionatında 8-ci turun oyunları keçirilir. Allsport.az xəbər verir ki, Amit Quluzadənin formasını geyindiyi “Milsami” Dmitri Nağıyevli “Dinamo-Avto”nu qəbul edib və 1:0 hesablı qələbə qazanıb.
Nağıyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Amit isə 61-ci dəqiqədə meydana daxil olub.
“Milsami” 14 xalla 4-cü, “Dinamo-Avto” isə 10 xalla 5-ci sırada qərarlaşıb.