- Baxış sayı: 16
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Türkiyənin “Qarşıyaxa” klubu dünən transfer etdiyi futbolçu Gənçər Cansevin müqaviləsini bu gün ləğv edib. Allsport.az saytı xəbər verir ki, buna səbəb, azarkeşlərin oyunçunun keçidinə kəskin etiraz etməsi olub.
35 yaşlı müdafiəçi “yaşıl-qırmızılar”ın əzəli rəqibi “Göztəpə”də çıxış edərkən, “Qarşıyaxa” ilə matçdan sonra sarı-qırmızılı bayraqla meydançada dolaşaraq onu mərkəzə sancıb. TFF 1-ci liqanın 2015/16 mövsümünün 28-ci turu çərçivəsində keçirilmiş oyunda göztəpəlilər 2:0 hesablı qələbəyə sevinib, Cansev isə komandasının 1-ci qolunun müəllifi olub.
Adıçəkilən klublar İzmir şəhərini təmsil edir. Bu derbidə hər zaman hərarətli anlara şahidlik etmək mümkündür. 16 may 1981-ci ildə baş tutan görüşdə 80 min azarkeş izləyib. Bu göstərici ilə 2-ci liqalarda ən çox tərəfdarın tamaşa etdiyi oyun kimi dünya rekordu qırılıb.