- Baxış sayı: 226
- 17 Noyabr 2025 21:56
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Dünya azərbaycanlılarının həmrəylik gününə və Tofiq Qarayevin mükafatı uğrunda “Dynamic new athletics” adlı turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, 2008-2011-ci il təvəllüdlü uşaqlar arasında Bakı atletləri ilə yanaşı, 5 rayondan – Gəncə, Bərdə, İsmayıllı, Xızı, Astaradan da komandalar iştirak ediblər.
Yekun nəticəyə görə, müxtəlif kateqoriyalar üzrə fərdi yarışlarda Kənan Bayramov, Dəmir Çobanzadə, Bahar Mustafayeva, Nihad Abbasov, Mehri Nadirova, Emilya İsgəndərova, estafet yarışlarında Oksana Cəlilova – Şahin Məmmədli, komanda yarışında Kənan Bayramov – Mehri Nadirova qalib olublar.
Mükafatçılara medal, sertifikat və hədiyyələr verilib.