Dünya birinciliyində 15 taekvonçu

12-17 apreldə Özbəkistanın paytaxtı Daşkənddə gənc taekvondoçuların dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi 15 idmançı (10 oğlan və 5 qız) təmsil edəcək.

Oğlanlar arasında Rasim Xəlilov (45 kq), İlyas Hətəmli ( 48 kq), Novruz Əliyev (51 kq), Elmir Səlimov (55 kq), Məhəmməd Həsənov (59 kq), Çingiz Həsənov (63 kq), Həsən Əlizadə (68 kq), Adil Kazımlı (73 kq), İsrafil Nəcəfov (78 kq) və Allahverdi Məmmədovdur (+78 kq).

Qızlarda isə Ləman Manafova (42 kq), Nilufər Borci (49 kq), Gülay Əliyeva (52 kq), Fatimə Həsənova (55 kq) və Türkan Yuniszadə (59 kq) mübarizə aparacaqlar.

Həmin kateqoriyadan