Dünya çempionatına ev sahibliyi etməkdən məhrum oldular

İndoneziya 2023-cü ildəki futbol üzrə U-20 dünya çempionatına ev sahibliyi edə bilməyəcək.

Allsport.az xəbər verir ki, FİFA bu haqda qərar qəbul edib.

Beynəlxalq futbol federasiyasının prezidenti Canni İnfantino və İndoneziya futbol assosiasiyasının prezidenti Erik Tohirin görüşündən sonra FİFA İndoneziyanı U-20 dünya çempionatına ev sahibliyi edən ölkələr arasından çıxarmaq qərarına gəlib.

Turnir mayın 20-dən iyunun 11-dək İndoneziyada təşkil olunmalı idi. Lakin tədbir ərəfəsində İsrailin gənclərdən ibarət yığmasının orada iştirakı ilə bağlı mübahisə yaranıb. İsrailin Fələstini dəstəkləyən İndoneziya ilə diplomatik əlaqələri olmadığı üçün israillilər iştirak hüququndan məhrum olub.

FİFA həmçinin bildirib ki, çempionatın yeni ev sahibi ölkəsi yaxın gələcəkdə açıqlanacaq, turnirin tarixləri dəyişməz olaraq qalıb.

Həmin kateqoriyadan