Dünya çempionatında 64 milli komanda

FİFA 2030-cu ildə üç qitədə keçiriləcək dünya çempionatında iştirakçıların sayının artırılmasını nəzərdən keçirəcək.

Allsport.az xəbər verir ki, komanda artırımı ilk dünya çempionatının yüz illiyi şərəfinə baş verə bilər.

64 komandanın iştirakı ilə turnirin keçirilməsi təklifi FİFA şurasının iclasında səslənib.

Bu təklif FİFA prezidenti Canni İnfantinonun marağına səbəb olub.

DÇ-2030-a İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək.

Həmin kateqoriyadan