Dünya çempionatında ölkəmizi onlar təmsil edəcək

Allsport.az xəbər verir ki, ilin cüdo üzrə ən mötəbər yarışı olan dünya çempionatına Qətər ev sahibliyi edəcək. 7-14 mayda Dohada millimiz 9 çəkidə 9 kişi və 4 qadın ilə təmsil olunacaq.

Mundialda cüdoçularımıza performans direktor Mark Vanderham, kişilərdən ibarət milli yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət milli yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyük məşqçi Elçin İsmayılov və böyük performans analitik Zaur Babayev rəhbərlik edəcəklər.

Dünya çempionatında fərdi yarışlar 7-13 may tarixlərində, komanda yarışları isə 14 mayda Dohada yerləşən “Ali Bin Hamad al-Attiyah Arena”-da keçiriləcək. Fərdi yarışlarda təmsil edəcək Azərbaycan milli yığmasını heyətini təqdim edirik:

Qadınlar

48 kq
Leyla Əliyeva
Könül Əliyeva

52 kq
Gültac Məmmədəliyeva
Aydan Əliyeva

Kişilər

60 kq
Balabəy Ağayev
Turan Bayramov

66 kq
Orxan Səfərov

73 kq
Hidayət Heydərov

81 kq
Səid Mollayi

90 kq
Məmmədəli Mehdiyev
Murad Fətiyev

100 kq
Zelim Kotsoyev

100 kq
Uşanqi Kokauri

Həmin kateqoriyadan