- Baxış sayı: 57
- 05 Noyabr 2026 22:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Əbu-Dabidə keçirilən “Böyük dəbilqə” turniri başa çatıb.
Allsport.az xəbər verir ki, milli komandamız dünya cüdo turuna daxil olan yarışda bir medal qazanıb.
Son yarış günündə +100 kq çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri bürünc mükafata yiyələnib. Cüdoçumuz həlledici görüşdə Niderland təmsilçisi Yur Spaykersi ipponla məğlub edərək fəxri kürsüyə yüksəlib.
Yığmamızın digər üzvləri — Əhməd Yusifov (60 kq), Murad Fətiyev (90 kq) və Camal Qamzatxanov (+100 kq) turniri 5-ci yerdə başa vurublar.
İlk üç qarşılaşmasında qələbə qazanan Murad Fətiyev zədələndiyi üçün yarımfinal mərhələsində mübarizəni davam etdirə bilməyib.