- Baxış sayı: 49
- 21 Sentyabr 2026 21:32
- Baxış sayı: 233
- Sentyabr 17, 2026
- 0

Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə yeniyetmələr arasında Asiya kuboku start götürüb.
Allsport.az xəbər verir ki, beynəlxalq turnirdə 2 cüdoçumuz fəxri kürsüdə yer alıb. 60 kq çəki dərəcəsində çıxış edən Məhəmmədəli Hüsiyev gümüş, 50 kq çəkidə mübarizə aparan Devid Mahmudov isə bürünc medal qazanıb.
Ölkəmiz turnirdə yeniyetmə oğlanlardan ibarət yığma komandamızın baş məşqçisi Emin İskəndərovun rəhbərliyi altında 3 cüdoçu ilə təmsil olunub.